Tailandlı fenomen, "YouTube" kanalında investisiya məsləhətləri tanınan Natthamon Khongchak dələduzluqda ittiham olunub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, izləyicilərindən “35 faiz faiz gəliri sərmayəsi” bəhanəsi ilə cəmi 60 milyon dollar alan Khongchak 2022-ci ildə yoxa çıxıb.
İndoneziyaya qaçdığı öyrənilən Khongchak orada pasport almaq üçün İndoneziya vətəndaşı olan saxta şəxsiyyət vəsiqəsi ilə müraciət edib.
Lakin rəsmilər ondan şübhələnib. Khongchakdan İndoneziya himnini oxuması istənilib, lakin o, bunu bacarmayıb. Bütün cinayətlərini etiraf edən Khongchak anası ilə birlikdə həbs olunub. Onlar Tailandda 70 il həbs tələbi ilə mühakimə olunacaq.