AZ

Ukrayna 50 milyard dollar məbləğində yardım alacaq

Ukraynanın baş naziri Denis Şmıqal sosial şəbəkədəki səhifəsində yazıb ki, bu il ölkə Avropa İttifaqı (Aİ) və G7-dən Rusiya aktivlərindən 50 milyard dollar alacaq.

Oxu24.com xəbər verir  ki,"Onlar yaxın gələcəkdə maliyyə sabitliyimizin əsasına çevriləcək",-deyə   Şmyqal bildirib.

O qeyd edib ki, bu vəsait 2024-cü ilin sonuna qədər Ukraynaya daxil olmağa başlayacaq.

Ali Radanın deputatı İrina Geraşenko bildirib ki, 2024-cü ildə Ukraynanın büdcə kəsiri 37,6 milyard dollar və ya ÜDM-in 19,4 faizini təşkil edəcək. O, həmçinin bildirib  ki, bu il kəsir ÜDM-in 20,6%-nə çatır. Onun sözlərinə görə, 2025-ci ildə Kiyev beynəlxalq tərəfdaşlardan 944 milyon dollar maliyyə yardımına ümid edir. Şmıqal Brüsseldə keçirilən Aİ-Ukrayna Assosiasiya Şurasının iclasında bəyan edib ki, ölkənin döyüşlər zamanı birbaşa itkiləri 326 milyard dollar təşkil edib.

Bundan əvvəl Brüssel Ukraynaya çox milyard dollarlıq kreditin verilməsi imkanını nəzərdən keçirməyə başlayıb.

 

Nigar

 

Seçilən
96
32
oxu24.com

10Mənbələr