AZ

Xaçmazda futbol meydançasında azyaşlıya təcavüz edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xaçmaz rayonunda 1993-cü il təvəllüdlü Turan yetkinlik yaşına çatmayan həmkəndlisi Ramilə (adlar şərti göstərilib - red.) qarşı seksual xarakterli hərəkətlər edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tural 25 iyun 2021-ci ildə, saat 19 radələrində sərxoş halda yaşadığı kəndin orta məktəbinin meydançasında olduğu zaman orada qoyun otaran həmkəndlisi, azyaşlı Ramilin ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmadığından, yəni köməksiz vəziyyətindən istifadə etməklə belini masaj etməsi adı ilə aldadıb və ona qarşı seksual xarakterli hərəkətlər edib.
Hadisəni törədən Turanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Turan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Ramili əvvəllər qonşusu kimi tanıyıb: "Ramil və valideynləri - atası Əli və anası Səbinə ilə əvvəllər hər hansı bir düşmənçiliyim, ədavətim olmayıb. Hadisə günü, günorta saat təxminən 12 radələrində yaşadığım evdən çıxaraq saat 15 radələrinə kimi yaşadığım kəndin ərazisində olmuşam. Həmin saatdan sonra kəndimizdə olan Elvarın mağazasından pivə aldım. Saat təxminən 18-19 radələrində oradan ayrılaraq tanımadığım taksi ilə öz yaşadığım kənddə yerləşən meydançaya gəldim. Mən həmin meydançaya çatdığım zaman orada 10 yaşında olmasını bildiyim həmkəndlim Ramil də var idi. Ramil orada qoyun otarırdı".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Ramili yanına çağırıb və onunla işinin olduğunu bildirib: "Ramil sözümdən sonra yanıma gəldi. Həmin zaman digər uşaqlar bizdən kənarda olublar. Ramili meydançanın arxasına kolluq ərazinin yanına apardım. Lakin həmin kolluq əraziyə keçmək üçün arxı keçmək lazım olduğundan özüm arxın üzərindən həmin yerə keçdim. Ramilin həmin arxı keçə bilməyəcəyini düşündüm və ayağını arxa qoyaraq, iki əlim ilə onun qoltuqlarının altından tutaraq kolluq hissəyə keçirtdim. Həmin yerdə özüm uzandım. Uzandıqdan sonra öz şalvarımı açdım. Ramili qucağımda otuzdurdum. Bu zaman Ramil ağlamağa başladı. Mən Ramilin ağladığını gördüm. Ramili eyni üsulla arxın digər tərəfinə keçirtdim".
Turanın ifadəsinə görə, daha sonra özü geri qayıdaraq orada təxminən 30 dəqiqə uzanıb: "Sonra meydançadan çıxaraq kəndin içərisində mağazasının yanına gəldim. Bu zaman Ramilin atası Əli mağazanın yanına gəldi. Əli mənə oğlu Ramilə qarşı nalayiq hərəkətlər etdiyimi dedi. Üzərimə hücum çəkdi. Mən Əliyə qarşılıq verdim və həmin zaman kənarda olan şəxslər bizi ayırdılar. Bundan sonra yaşadığım evə getdim. Həmin zaman Əlinin arvadı Səbinə bizim evdən çıxırdı. Ramil də Səbinənin yanında idi. Səbinə üzərimə tüpürdü. Səbinə polisə şikayət edəcəyini bildirdi. Mən isə ona heç bir cavab vermədim. Bundan sonra yaşadığım evə girdim. Evdə ailə üzvlərim - qardaşım və anam məndən Ramilə qarşı nalayiq hərəkət edib etmədiyimi soruşdular. Mən isə belə bir hərəkət etmədiyimi bildirdim. Mən içkili olduğumdan digər uşaqların bizi görüb-görməməsini, özümün iyrənc hərəkətlər etdiyimi bilmirəm. Həmin zaman içkili olduğumdan bunları xatırlaya bilmirəm".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ramilin sözlərinə görə, Turan onun qolundan tutaraq onu kolluqların arasında olan boşluq tərəfə aparıb: "Turan yerə uzandı, mən isə ayaq üstə dayandım. Sonra Turan qarnını açdı və mənə qarnını ovmağımı dedi. Mən ağlamağa başladım və oradan getmək istədim. Lakin Turan getməyimə icazə vermədi. Mən Turanın əlindən çıxdım və meydançaya getdim. Bu zaman meydançada Vüsal və digər kəndlilərimiz var idi. Vüsalgil məndən orada nə etdiyimizi soruşdular. Turanın məni kolluğa apardığını, orada zorla tutduğunu bildirdim. Daha sonra isə utandığımdan sadəcə Turanın mənə qarnını ovxalatdırdığını bildirdim".
Ramilin ifadəsinə görə, daha sonra Vüsal ona atasına baş verən olay barədə deməyi təklif edib: "Lakin onlara dedim ki, özüm deyərəm. Bir qədər sonra atam gələrək qoyunları məndən təhvil aldı. Mən utandığımdan atama heç bir şey deyə bilmədim. Lakin evə getdikdən sonra bu barədə anama dedim. Bundan sonra anamla birlikdə Turanın yaşadığı evə yollandım. Turanın anasına bu barədə dedik. Turanın anası mənim anama yalvardı ki, şikayət etməyək. Anam isə şikayət edəcəyini deyərək onlardan çıxdıq. Bu zaman Turan küçə ilə gəlirdi. Anam nə üçün bu hərəkəti etdiyini dedi. Turan heç nə demədən gülümsədi. Bu zaman anam Turana tüpürdü. Bundan sonra evə geri qayıtdıq. Anam həmçinin atama zəng edərək bu barədə dedi".
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Turan 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Seçilən
100
25
oxu.az

10Mənbələr