AZ

Cümhuriyyətin 101-ci ildönümüdür

Bu gün Türkiyə Respublikasının qurulmasının 101 illiyidir.

1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. İki il sonra - 1925-ci ildə isə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması haqda qanun qəbul olunub.

Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına qurulub. Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.

Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km-dir. Hazırda Türkiyənin əhalisi 86 milyondan çoxdur.

.Birinci Dünya müharibəsində 1299-cu ildə qurulan Osmanlı dövləti məğlubiyyətə uğradıldıqdan sonra ərazisi işğala məruz qaldı. O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb. 1920-ci il aprelin 23-də Ankarada Böyük Millət Məclisi qurulub.

1922-ci il noyabrın 1-də isə Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı elan edilib. 1923-cü ildən Türkiyənin dövlət quruluşu parlament republikası idi. 2018-ci ildə keçirilən referenduma əsasən ölkə prezident republikası oldu.

EDnews redaksiyası qardaş Türkiyə xalqını bu özəl bayram münasibətilə təbrik edir.

 

Seçilən
59
22
ednews.net

10Mənbələr