Polşa artıq Ukrayna üçün vacib müttəfiq deyil
Ukrayna artıq Rusiya ilə müharibə zamanı Polşanı özünün əsas tərəfdaşlarından biri hesab etmir. Çünki Varşava artıq Kiyevə əvvəllər verdiyi hərbi yardımı göstərə bilməz.
Reyting.az xəbərinə görə, bunu Polşa prezidenti Anjey Duda deyib.
Duda qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski əsas müttəfiqləri tərəfindən təzyiq altındadır, ona görə də onun qərarına onların mövqeyi əhəmiyyətli dərəcədə təsir edir. Siyasətçinin fikrincə, Varşava bunu nəzərə almalıdır, çünki “həyat qəddardır”.
Dudanın sözlərinə görə, Almaniya hazırda Ukraynada öz təsirini genişləndirir, çünki o, həm iqtisadi, həm də maliyyə baxımından Polşadan güclüdür: “Ukrayna hakimiyyəti belə bir tərəfdaşla dost olmağın daha yaxşı olduğuna inanır”.
Duda öz növbəsində vurğulayıb ki, Polşanın siyasətinin məqsədlərindən biri Ukraynanın NATO və Avropa İttifaqına daxil olmasıdır.
E. KAMAL