AZ

Probasiya qeydiyyatında olan şəxslərə pulsuz hüquqi yardım göstərilib

Ədliyyə Nazirliyinin Probasiya xidməti və Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi tərəfindən Probasiya xidmətində hüquqi yardım aksiyası təşkil edilib.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vəkillər tərəfindən probasiya qeydiyyatında olan 40-a yaxın şəxs qəbul edilib, onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Həmin şəxslərə müxtəlif növ hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verilərək, ödənişsiz hüquqi yardım göstərilib.

Qeyd edək ki, Probasiya xidməti və Hüquqi Yardım Mərkəzi tərəfindən xidmətin yerli qurumlarının qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində hüquqi yardımın və maarifləndirmə işinin təşkili üzrə bu yaxınlarda imzalanmış Tədbirlər Planına əsasən bu cür aksiyalar mütəmadi olaraq davam etdiriləcək.

Probasiya Probasiya
Seçilən
48
5
apa.az

6Mənbələr