AZ

Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəblərdə neçə şagird təhsil alır?

2023-2024-cü ildə sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrində ümumilikdə 5464 şagird təhsil alır.

Demokrat.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, onlardan 3244-ü xüsusi ümumtəhsil məktəblərində, 2220 şagird isə internat tipli xüsusi ümumtəhsil müəssisələrində təhsil alır.

Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 16 xüsusi təhsil məktəbi fəaliyyət göstərir. Onlardan 9-u internat tiplidir.

Bundan əlavə, Azərbaycanda 7 xüsusi təhsil müəssisəsi əqli pozuntuları olanlar üçün, 2 xüsusi təhsil müəssisəsi görmə pozulmaları olanlar üçün, 2-si eşitmə pozulmaları olanlar üçün, 1-i dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skalioz xəstəliyi olanlar üçün, 2-si nitq pozulmaları olanlar üçün fəaliyyət göstərir.

Seçilən
31
1
demokrat.az

2Mənbələr