AZ

Alkaras Mbappe üçün səbr istəyir

Dünyanın ikinci raketkəsi, “Böyük Dəbilqə” turnirlərinin dördqat çempionu ispaniyalı Karlos Alkaras “Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappenin çıxışından danışıb.

“Mühit dəyişikliyi həmişə çətinliklə müşayiət olunur. Mbappe başqa komandaya, başqa liqaya keçib. Bu, keçid mövsümü, uyğunlaşma dövrüdür. Bir az səbr lazımdır. Mövsümün ortalarından və ya gələn ildən o, mütləq öz oyununu nümayiş etdirə biləcək. Onun dünyanın ən yaxşı komandasında olmasına sevinirəm. Bu, ən azı mənim üçün belədir”, – deyə tennisçi qeyd edib.

Xatırladaq ki, Karlos Alkaras özü də aktiv futbol azarkeşidir və “Real”ı dəstəkləyir. 14 dəfə Çempionlar Liqasının qalibi olan İspaniya klubu tennisçini qələbələri münasibətilə daim təbrik edir.

Mbappe yayda azad agent kimi Madrid komandasına qoşulub. Bu mövsüm o, bütün yarışlarda 14 oyun keçirib və 8 qol vurub. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Seçilən
64
futbolinfo.az

1Mənbələr