AZ

İranlı millət vəkili COP29-la bağlı təxribatçı fikirlər səsləndirib

İran rəsmilərinin Azərbaycana qarşı bəyanatları davam edir.

Bu dəfə Tehrandan olan millət vəkili və Parlamentin Kənd Təsərrüfatı Komissiyasının sözçüsü Samiyə Rəfii yalan fikirlərlə çıxış edib: “İsrail hökuməti ekoloji sammitin pərdə arxasında rol oynayır və bu Azərbaycanla İsrailin yaxın münasibətlərindən irəli gəlir”.

Samia Rafiei bu sözləri “Xəbər Fouri”yə müsahibəsində bildirib.

“Hazırda prezidentin bu iclasda iştirakı müsbət deyil və birinci vitse-prezidentin başçılıq etdiyi İran nümayəndə heyətinin bu iclasda iştirak etməsi daha yaxşıdır.” - deyə o, fikirlərinin davamında bildirib.

visiontv.az



Seçilən
30
visiontv.az

1Mənbələr