Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub.
Bizim.Media xəbər verir ki, “Qlobalnıye Transportnıye Reşeniya” MMC ilә “Bakı Metropoliteni” QSC arasında bağlanmış müqavilәyә әsasәn, 2024-2026-cı illәr әrzindә 65 yeni vaqonun (13 qatar tәrkibi) istehsal edilәrәk Bakı metropoliteninә gәtirilmәsi nәzәrdә tutulub. Hәmin müqavilәyә uyğun olaraq, 2024-cü ildә 35 (7 qatar tәrkibi), 2025-ci ildә 20 (4 qatar tәrkibi), 2026-cı ildә isә 10 vaqon (2 qatar tәrkibi) istehsal edilməlidir.
Baş vaqonlarda 38, orta vaqonlarda 44 oturacaq var. Vaqonların qapıları 1400 mm olmaqla әvvәlki nәsil vaqonlarla müqayisәdә 12 faiz daha genişdir.
Qeyd edilib ki, yeni qatarlar nәzәrә alınmaqla, Bakı metropoliteninin vaqon parkında innovasiyalar baxımından sonuncu nәslә mәnsub vaqonların ümumi sayı 150-yә çatdırılıb.
Bizim.Media