AZ

Ermənistan COP29-da iştirak edəcək - Nazirdən açıqlama

Ermənistanın Bakıda keçiriləcək COP29 sammitində iştirakı heç bir şəkildə təsdiqlənməyib.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Məclisində çıxışı zamanı bildirib.

“Dəvət almışıq, lakin bu məsələ ilə bağlı heç bir rəsmi reaksiya və ya münasibət bildirməmişik”, - Mirzoyan belə deyib.

Mirzoyan Ermənistanın sammitdə iştirakını istisna etməyib.

“Ancaq biz nədən danışdığımızı başa düşməliyik”, - Mirozyan əlavə edib.

Xarici işlər naziri COP29 sammitində “əsirlər” məsələsinin gündəmə gətirilməsindən danışıb.

Mirzoyan qeyd edib ki, “əsirlər”in və digər məhbusların dərhal azad edilməsi məsələsi Ermənistanın daimi müzakirələrindən biridir və bir nömrəli prioritetdir.

Seçilən
48
cebheinfo.az

1Mənbələr