AZ

Azərbaycanda karbon vergisi tətbiq olunacaq? - Nazir müavinindən AÇIQLAMA

Bir neçə il əvvələ qədər heç karbon vergisi səsləndirilmirdi və yaxud sadəcə spesifik ədəbiyyatlarda qeyd olunurdu. İndi isə bu məsələ gündəliyimizi məşğul edib.

Olaylar-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi" mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda deyib.

O bildirib ki, karbon vergisini bütün ölkələr tətbiq etməyə başladığı təqdirdə, bizim fərqli davranmaq şansımız olmayacaq:

"Yəni bunun istər-istəməz real sektora təsir edəcəyi şübhəsizdir. Amma biz qlobal reallığı nəzərə almadan qlobal iqtisadidiyyata inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərə bilmərik. Biz bu reallıqları nəzərə almaq məcburiyyətindəyik".

"Mövcud resurslarla istər maliyyə, istər investisiya, istərsə də ticarət sahəsində ortaya qoya biləcəyimiz töhfələr aydındır. Amma bu töhfələr daha çox olmalıdır. Lakin resurslarımız məhduddur. Belə olduğu təqdirdə bu sahələr arasında sinerjini artırmaq lazımdır. Bu, çox gözəl və asan səslənsə də, bir o qədər çətindir. Bu, qlobal və milli səviyyədə səylərin səfərbər olunmasını tələb edir", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
3
olaylar.az

4Mənbələr