AZ

İqlim dəyişikliklərinin mənfi təsirlərinə məruz qalan ən həssas ölkələrdən biri də Azərbaycandır- Vüqar Kərimov

Bakı. Trend:

Azərbaycan dünyanın iqlim dəyişikliklərinin mənfi təsirlərinəməruz qalan ən həssas ölkələri siyahısındadır. Bu həssaslıq bizimazalan su ehtiyatlarımızda, seyrəkləşən meşələrimiz vəbiomüxtəlifliyimizdə müşahidə olunur.

Trend xəbər verir ki, bunuekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov“Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələnsəylərin əlaqələndirilməsi” mövzusunda Dayanıqlı İnkişaf Məqsədləridialoqunda deyib.

O bildirib ki, bunun səbəbləri müxtəlifdir.

Nazir müavini vurğulayıb ki, 20-30 il bundan qabaq qlobal iqlimdəyişikliyinin təsirlərindən danışıldıqda dünya alimləri,mütəxəssisləri iki amilə nəzər yetirirdilər:

"Bunlardan biri antropogen təsirləri görən insan fəaliyyəti,digəri isə təbii hadisələrlə bağlıdır. Amma son 100-150 ildəsənayeləşmə səbəbindən istiləşmənin daha intensiv olması, əlbəttə,düşündürür ki, bu, birbaşa antropogen təsirlərlə bağlıdır".

"Bir rəqəmi qeyd edəcəyəm. Müxtəlif tədqiqatlarla sübut olunurki, son 10 ildə Yer kürəsinin qabığı 1,5-2 dərəcə qızıb. Son 100ilə yaxın dövrdə Yer qabığının 1,5 dərəcədən çox qızması göstərirki, burada antropogen təsirlərin rolu çox böyükdür", - deyəV.Kərimov əlavə edib.

Seçilən
101
7
az.trend.az

10Mənbələr