AZ

İqlim dəyişikliyinin insan sağlamlığına təsiri birbaşa və dolayı yolla ola bilər - SN

Bakı. Trend:

İqlim dəyişikliyinin insan sağlamlığına təsiri birbaşa və dolayıyolla ola bilər.ğ

Trend xəbər verir ki, bufikirləri “Sağlam radio”da Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Mütəxəssis-ekspert bildirib ki, noyabr ayında ölkəmizdəBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29keçiriləcək:

COP29 zamanı iqlim dəyişkənliyi, bunun insan sağlamlığına təsirivə digər qlobal qərarların qəbulunu baxımından mühüm hadisədir:

“Qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinəcavab verməkdə və qlobal sağlamlıq təhlükəsizliyininyaxşılaşdırılmasına töhfə verməkdə mühüm rola malikdir. Bunu nəzərəalaraq, qlobal səhiyyə COP29 çərçivəsində hökumətlər üçün prioritetvə əsas göstərici rolunu oynamalıdır. Qeyd edim ki, SəhiyyəNazirliyi tərəfindən COP29 zamanı insanların sağlamlığınınqorunması ilə bağlı bir sıra xəstəxanalarda hazırlıq işləringörülüb”.

Z.Quliyev bildirib ki, COP29 çərçivəsində səhiyyə vəqeyri-səhiyyə olaraq ümumilikdə doqquz xəstəxana ayrılıb.

Onun sözlərinə görə, birbaşa təsirlər dəniz səviyyəsininyüksəlməsi, anomal isti dalğaları, normadan artıq yağıntılarsəbəbindən yaranan təbii fəlakətlərin nəticəsində zədələnmələr,xəstəliklər və ölümləri əhatə edir:

“Dolayı təsirlər mühitdəki dəyişikliklər vasitəsilə baş verir vəbu da insan sağlamlığına dolayı yolla təsir göstərir. Məsələn, havaçirklənməsinin səviyyəsinin artması tənəffüs sistemi və ürək-damarxəstəliklərinə mənfi təsir edir. Temperatur və yağış dəyişiklikləriböcəklər və digər həşərat növlərinin həyatını, yayılmasını vədavranışını dəyişdirə bilər ki, bu da infeksiya xəstəliklərininartımına səbəb ola bilər. Eyni zamanda, havadakı rütubətin,nəmişliyin artması revmatoloji xəstəliklərin də şiddətlənməsinəgətirib çıxarda bilər”.

Seçilən
28
5
az.trend.az

9Mənbələr