Almaniyada minlərlə avtomobil işçisi tətilə çıxıb.
FED.az xəbər verir ki, xüsusilə, Porsche, BMW və Mercedes-Benz kimi avtomobil şirkətlərinin əməkdaşları tətildə iştirak edir.
Tətil Almaniyanın ən böyük həmkarlar ittifaqlarından biri olan IG Metall tərəfindən təşkil olunub. Etirazlarda ölkə üzrə 370-ə yaxın şirkətdən 71 min işçi iştirak edir.
Onlar bir sıra istehsal sahələrinin bağlana biləcəyinə görə iş yerlərini itirmək qorxusundan maaşların artırılmasını tələb ediblər. (Marja)