AZ

İstanbulda gəmi yanıb, iki nəfər həlak olub

Türkiyənin Yalova şəhərindən Bolqarıstana səfər edən “FG Sevıl” adlı yük gəmisində yanğın olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, hadisə İstanbulun Pendik rayonu ərazisində baş verib. Yanğın yerinə Türkiyənin sürətli xilasetmə qayıqları yönləndirilib. Hadisə zamanı iki dənizçi həyatını itirib.

Gəmidə 17 heyət üzvü və 8 gəmiqayırma işçisi olub. Uzunluğu 104 metr olan gəminin İstanbulun Kartal bölgəsindəki dəniz vasitələrinin texniki xidmət sahəsinə gətiriləcəyi bildirilir.

Seçilən
52
3
yeniazerbaycan.com

3Mənbələr