AZ

TİKA Banqladeşdə genişmiqyaslı səhiyyə tədbiri həyata keçirib

 

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Banqladeşdəki arakanlı müsəlmanlara səhiyyə yardımı edib.

TİKA-dan verilən yazılı açıqlamaya görə, Türkiyənin müxtəlif bölgələrindən gələn könüllü tibb heyəti və Bir İnsan Dünyaya Bədəldir Sağlamlıq və Təhsil Kəndləri Könüllülər Dərnəyinin (BİSEG) əməkdaşlığı ilə “Cox's Bazar” bölgəsindəki Kutupalonq qaçqın düşərgəsində yerləşən Çoxməqsədli Təhsil və Mədəniyyət Mərkəzində genişmiqyaslı səhiyyə tədbiri həyata keçirilib. Agentliyin əvvəllər bölgəyə ianə etdiyi mobil klinika da tibbi xidmətlərin çatdırılmasında mühüm rol oynayıb. Səhiyyə düşərgəsində 1937 xəstə müayinə edilib. Qulaq-burun-boğaz şöbəsində 701, daxili xəstəliklər şöbəsində 1039, stomatologiya şöbəsində isə 197 xəstə müalicə alıb.

2023-cü ildə istifadəyə verilən Çoxməqsədli Mərkəz qaçqınlara müxtəlif sahələrdə dəstək göstərir. Mərkəzdə bambuk, taxta emalı, elektronika və tikiş kimi sahələrdə peşə təlimləri keçirilir, mədəni fəaliyyətlər üçün də uyğun şərait yaradılır. Xüsusilə, mərkəzdəki düşərgələrdə Birman dilində kitabxana qaçqınların irsi kimliklərini qorumaqda onlara dəstək olur.

TİKA 2017-ci ilin avqust ayında Myanmanın Arakan əyalətində baş verən zorakılıq hadisələrindən sonra Banqladeşə sığınmaq məcburiyyətində qalan arakanlı müsəlmanlara humanitar yardım fəaliyyətlərini davam etdirir.



Seçilən
44
2
trt.net.tr

3Mənbələr