AZ

ABŞ Azərbaycan-Ermənistan sərhədinim delimitasiyası prosedurunun qaydalarının formalaşdırılmasını yüksək qiymətləndirir - Dövlət Departamenti

Bakı. Trend:

ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasıprosedurunun qaydalarının formalaşdırılmasını yüksəkqiymətləndirir.

Trend xəbərverir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Millerözünün “X” sosial şəbəkəsindəki hedabında yazıb.

“Bu onu göstərir ki, tərəqqi daimi dialoqla mümkündür. Biz həriki tərəfin regionda təhlükəsizlik və firavanlıq naminə davamlı,ləyaqətli sülh istiqamətində gördüyü işi dəstəkləyirik”, - deyə obildirib.

Qeyd edək ki, oktyabrın 25-də Prezident İlham Əliyev “AzərbaycanRespublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinindelimitasiyası üzrə Dövlət Komissiyasının və ErmənistanRespublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə” təsdiq edilməsibarədə Fərman imzalayıb.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan da Ermənistan-Azərbaycansərhədinin delimitasiyası haqqında reqlamentin ratifikasiyasıhaqqında qanunu imzalayıb.

Seçilən
89
4
az.trend.az

6Mənbələr