AZ

Terrorizmi təbliğ edən Dağıstanın keçmiş idman naziri ekstremist kimi tanınıb

Terrorizmi təbliğ etməkdə ittiham olunan Dağıstanın keçmiş idman naziri və Kızılyurtun keçmiş rəhbəri Maqomed Maqomedov Rusiya Federasiyasında terrorçu və ekstremistlər siyahısına daxil edilib.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat Rosfinmonitoring-in rəsmi saytında yer alıb.

Maqomedov 2023-cü il oktyabrın əvvəlində xüsusilə külli miqdarda mənimsəmə işi çərçivəsində saxlanılıb. 2024-cü il avqustun 12-də Maqomedov xidməti vəzifəsindən istifadə etməklə terrorizmi təbliğ etməkdə, habelə qanunsuz silah dövriyyəsində ittiham olunub.

Bu işdə Dağıstan İdman Nazirliyinin bədən tərbiyəsi, idman və ehtiyat hazırlığı şöbəsinin müdiri Xalitbeq Maxaçev də həbs edilib. Lakin indiki mərhələdə o, yalnız mənimsəmədə ittiham olunur.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
49
demokrat.az

1Mənbələr