AZ

Yeddi ölkə buna görə BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyir

Yeddi Qərb ölkəsi KXDR-in raket buraxılışı ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini xahiş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, həmin ölkələr Böyük Britaniya, Malta, Sloveniya, ABŞ, Fransa, Cənubi Koreya və Yaponiyadır.

Qeyd edək ki, oktyabrın 31-nə keçən gecə KXDR Silahlı Qüvvələri Yapon dənizinə doğru ballistik raket buraxıb.


Müəllif: Arzu
Seçilən
72
teleqraf.com

1Mənbələr