AZ

“Bu ölümlərə görə məsuliyyət Putinin üzərinə düşür...”

...Bu arada internetdə Şimali Koreyadan olan və ehtimallara görə, Kursk bölgəsində ukraynalılarla ilk döyüşdən sağ qalmış kimi görünən koreyalı hərbçinin videosu yayımlanıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, koreyalı qarşılaşdığı döyüşün dəhşətlərindən danışır.

Deməli, səs yazısındabaşı sarğılıhərbçi deyir ki, onların 40 nəfərlik bölməsi lazımi təchizatla təmin olunmadan Ukrayna mövqelərinə hücuma göndərilib.

...Bizim 40 nəfərə yaxın idik, hazırda məndən başqa onların hamısı öldürülüb və mən tək qaldım. İndi isə itirəcək heç nəyim yoxdur. Rus itləri (...rusların bu döyüşçüləri özlərini “rусские псы” adlandırırlar –A.B.) bizi hücuma atdılar. Biz artilleriya və dronlardan atəşə tutulduq.

...“Baba Yaqa” cəhənnəmdən gələn bir şeytandır. Qardaşlarım Kim və Minxo elə ilk atəş zamanı öldülər.

Kim qardaşımın başı parçalandı və indi onların meyitləri məni əzir.

Ruslar vəd vermişdilər ki, guya biz onlar üçün istehkamlar tikəcəyik, hərbi obyektləri qoruyacağıq, lakin onlar bizi Kurska hücuma göndərdilər. Ukraynalılar hamını öldürdü, bu ölümlərə görə məsuliyyət Rusiya ordusunun və prezident Putinin üzərinə düşür.

O, ulu öndərimizi, günəşli Kim Çen Inı aldatdı. Bu əsl ətçəkən maşındır və bu, 50 ildən artıqdır ki, baş verməyib.

O vaxt babam müharibədən danışırdı, amma bu müharibə əsl cəhənnəmdir. Ruslar bizə heç nə vermədilər, bizi ilkin kəşfiyyatsız, sursatsız, normal silahsız döyüşə atdılar. Ukraynalıların ruslarda olmayan əla döyüş texnologiyaları var, onlar bizdən yem kimi istifadə etdilər.

Qeyd edilməlidir ki, yaralı koreyalı əsgər Rusiya rəhbərliyinə "müraciət" də ünvanlayıb..?

...Prezident Putin, ordunuz zəifdir və ordunuzdakı xaos ucbatından bu müharibəni uduzur. Bu müharibə deyil, bu qırğındır. Təsadüfən sağ qaldım, heç kim məni evakuasiya etmək fikrində deyildi, amma mən özüm çıxa bildim...

SİA bir daha xatırladır ki, bunlar başı sarğılı koreyalının səs yazısında deyir.

Əli Babayev

Seçilən
39
sia.az

1Mənbələr