AZ

Milyarder olmaq necə hissdir? - Qeytsin keçmiş xanımı açıqladı

"Windows"un yaradıcılarından biri olan Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Frenç Qeyts xeyriyyəçilik fəaliyyəti ilə tanınan addır. O bu yaxınlarda "Vanity Fair"ə verdiyi müsahibədə sərvətinin sürreal göründüyünü və bunun özü ilə böyük bir məsuliyyət gətirdiyini deyib.

Ölkə.az musavat.com-a istinadən xəbər verir ki, buna baxmayaraq, 60 yaşlı Frenç Qeyts sərvətini bir "yük" kimi görmədiyini qeyd edib.

Onun fikrincə, əsl yük, çətin şəraitdə övlad böyüdən analara yardım yollarını tapmaq və xeyriyyə resurslarını daha çox insana çatdırmaqdır.

Forbes-ə görə, Melinda Frenç Qeytsin sərvəti təxminən 11 milyard dollardır. Bloomberg Milyarderlər İndeksinə əsasən isə bu rəqəm 13,5 milyard dollara çatır.

O, keçmiş həyat yoldaşı Bill Qeyts ilə 2000-ci ildə qurduqları Bill & Melinda Gates Fondu vasitəsilə qlobal sağlamlıq və peyvənd inkişafı kimi sahələrdə xeyriyyəçilik fəaliyyətlərini davam etdirir. Fond 2023-cü ilin dekabrına qədər 75,2 milyard dollar ianə edib.

Boşanmasından üç il sonra Frenç Qeyts fondun həmsədrliyindən çəkilib və qadınlar və ailələr üçün nəzərdə tutduğu işlərə 12,5 milyard dollar əlavə sərvət ayıracağını bildirib. 

Frenç Qeyts milyarderlərin sərvətlərini xeyriyyəçiliyə yönəltmələrinin vacibliyinə inanır və cəmiyyətin rifahını yüksəltmək üçün sərvətin geri qaytarılmasını mühüm məsuliyyət hesab edir. O, həmçinin sərvətinin bir hissəsini siyasi kampaniyalara ianə etdiyini və gələcəkdə müəyyən namizədlər üçün dəstək tədbirləri planladığını da bildirib.

Seçilən
21
4
olke.az

5Mənbələr