AZ

Türkiyənin İƏT ölkələrinə ixracatı təxminən 7 milyard dollar təşkil edib

2024-cü ilin sentyabr ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3 faiz azalaraq 6 milyard 885 milyon 413 min dollar olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata görə, bu ilin yanvar – sentyabr ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 9,8 faiz artaraq, 50 milyard 745 milyon 16 min dollar olub.

Bu ilin sentyabr ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz azalaraq 3 milyard 530 milyon 633 min dollar təşkil edib.

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin İƏT ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 8,7 faiz azalaraq, 30 milyard 769 milyon 369 min dollar təşkil edib.

Bu ilin sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 103 milyon dollar olub.

2024-cü ilin sentyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 1,9 faiz azalaraq 21 milyard 987 milyon dollar, idxalı isə 1,4 faiz azalaraq 27 milyon 116 min dollar olub.

Bu ilin yanvar – sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 443 milyard 937 milyon dollara çatıb.

2024-cü ilin yanvar-sentyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 191 milyard 754 milyon dollara, idxalı isə 8,1 faiz azalaraq 252 milyard 183 milyon dollar olub.

Keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Fuad Mədətov
Fins.az

Seçilən
47
11
fins.az

10Mənbələr