AZ

"Rusiya-Ukrayna danışıqları gələn il başlayacaq" -Türkiyəli politoloq

"Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqları 2024-cü ilin sonuna qədər baş tutmayacaq. Lakin gələn il böhranın həlli baxımından dönüş nöqtəsi ola bilər".

Rusiya mediasının yaydığı məlumata görə   bunu türkiyəli məşhur politoloq Umur Tuqay Yücel deyib.

O, Rusiyanın fərqli yollara da baş vurmasını istisna etməyib: "Fikrimcə, bu ilin sonuna kimi sülh danışıqları aparılmayacaq.  Amma deyə bilərəm ki, 2025-ci il kritik və dönüş ili olacaq.  Ola bilsin ki, atəşkəs olsun və ya Rusiya başqa addımlar atsın".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural
Seçilən
43
news365.az

1Mənbələr