AZ

Çin istehsalı olan avtomobillərin Bakıda satışını həyata keçirən şirkətə cərimə kəsildi

“BYD Motors Baku” MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Yol Polisi (DYP) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, “BYD Motors Baku” MMC Çin istehsalı olan elektrik və Plug-in hibrid avtomobillərin Bakıda satışı və icarəsi ilə məşğul olur.

 

Seçilən
58
iqtisadiyyat.az

1Mənbələr