AZ

Mərkəzi Bank valyuta bazarına satışyönlü müdaxilə edib

Bu ilin oktyabrında Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 mln.ABŞ dolları məbləğində xüsusi satış olub.

Məlumata görə, cari ildə valyuta bazarında sabitlik qorunub, Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tələb tam təmin edilib. Bildirilib ki, ümumilikdə valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bununla belə ötən ay Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 mln.ABŞ dolları məbləğində xüsusi satış olub.

Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 mln. ABŞ dolları azalıb.

Valyuta satışı Mərkəzi Bank tərəfindən 2023-cü ildə valyuta bazarından alınmış 2.1 milyard ABŞ dolları həcmində xarici valyuta hesabına aparılıb. Valyuta satışı əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir ki, bu da ortamüddətli dövrə makroiqtisadi dayanıqlığı dəstəkləyir.

Seçilən
51
16
kommersant.az

10Mənbələr