AZ

Sərbəst güləşçilərimiz dünya çempionatını medalsız başa vurdu...

Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatına (qeyri-olimpiya çəkiləri) yekun vurulub.

"Footnball-plus.az" xəbər verir ki, son gündə millimizin 3 güləşçisi xalça üzərinə çıxıb.

61 kq çəki dərəcəsində təmsilçimiz Nurəddin Novruzov təsəlliverici görüşlərdə əvvəlcə Kosta-Rika təmsilçisi Peter Kudeyə, daha sonra Puerto-Rikodan Jozef Silvaya qalib gəlib. O, bürünc medal uğrunda dueldə monqolustanlı Tsoqbadrax Tseveensurenə uduzub.

Orxan Abasov(79 kq) təsəlliverici görüşdə Suldxu Olonbayarla (Monqolustan) məğlub olub.

Abubakr Abakarov (92 kq) isə təsəlliverici görüşdə amerikalı olimpiya və 3 qat dünya çempionu Devid Teylora uduzub.

Bununla da sərbəst güləşçilərimiz yarışı medalsız başa vurublar.

Qeyd edək ki, DÇ-də Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) qızıl medal qazanıb.

Seçilən
93
3
football-plus.az

10Mənbələr