AZ

Türkiyə son bir həftədə 198 terrorçunu zərərsizləşdirib

Son bir həftə ərzində Türkiyə Silahlı Qüvvələri Şimali İraq və Suriya da daxil olmaqla 198 terrorçunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk bildirib. Məlumatı “Anadolu” yayıb. 

Kontr-admiral, Türkiyə Silahlı Qüvvələrinin terrorun kökünün kəsilməsi üçün qətiyyətlə antiterror əməliyyatlarını davam etdirdiyini bildirib: “Son bir həftə ərzində Şimali İraq və Suriya da daxil olmaqla 198, yanvarın 1-dən isə 2419 terrorçu zərərsizləşdirilib”.

Aktürk deyib ki, Ankarada Türkiyənin TUSAŞ aerokosmik şirkətində törədilən terror aktından sonra Türkiyə Hərbi Hava Qüvvələri terrorçuların hədəflərinə çoxlu hava hücumu həyata keçirib. 

Onun sözlərinə görə, son bir həftə ərzində Türkiyə ordusunun aviazərbələri nəticəsində cinayətkar təşkilatın liderlərinin yerləşdiyi iddia edilən sığınacaqlar, silah anbarları və digər obyektlər dağıdılıb. Terror təşkilatına dəyən zərərin qiymətləndirilməsi davam edir.

Aktürk xatırladıb ki, keçən həftə Şimali İraqdan qaçanların da olduğu üç PKK yaraqlısı Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub: “İlin əvvəlindən silahlarını yerə qoyub Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların sayı 86-ya çatıb. Türkiyə Silahlı Qüvvələrinin terrora qarşı mübarizəsi terrorçuların ölkəmizə və dövlətimizə təhlükə törətmədiyi vaxta qədər qətiyyətlə davam etdiriləcək”.

P.ƏMİRCANOV
XQ

Seçilən
24
xalqqazeti.az

1Mənbələr