Oktyabrın 31-də Qəzza zolağında ən azı 95 fələstinli İsrail Müdafiə Qüvvələri tərəfindən öldürülüb...
Poliqon xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, anklavın şimal hissəsində çoxsaylı aviazərbələr nəticəsində azı 75 fələstinli həlak olub. Sektorun digər ərazilərində isə ən azı 20 nəfər həlak olub.
Fələstin anklavının Səhiyyə Nazirliyinin departamentin Telegram kanalında dərc etdiyi açıqlamada qeyd edilib, İsrailin 2023-cü ilin oktyabrından Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin ümumi sayı 43 204 nəfərə yüksəlib, 101 641 nəfər yaralanıb.
Poliqon.info