AZ

"Kimin güclü olmasından asılı olmayaraq, istəyimiz mərhələ adlamaqdı" - İlqar Aslanov

"Rəqiblərimiz məlumdu. Bu gün asan rəqib yoxdu. Avropa çempionatının ilkin mərhələsinə uğur qazanmaq üçün qatılırıq".

"Football-plus.az" xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət yığmamızın baş məşqçisi İlqar Aslanov deyib.

Federasiyanın rəsmi saytına danışan mütəxəssis Avropa çempionatının ilkin mərhələsində qarşılaşacaqları rəqibləri dəyərləndirib:

“Kosovo komandasını xüsusilə fərqləndirərdim. Onlar sürətlə inkişaf edir. Digər milliləri də unutmaq olmaz. Amma San Marino ilə müqayisədə bu komandanın güclü olduğunu deyə bilərəm. Biz də çempionata uğur qazanmaq üçün qatılırıq. Kimin güclü olmasından asılı olmayaraq, istəyimiz mərhələ adlamaqdı. Mümkün qədər yaxşı hazırlıq keçməyə çalışırıq.Yaşla əlaqədar heyətimiz demək olar, yenilənib. Amma yüksək liqanın oyunlarının başlamağı xeyrimizədi. Uşaqlar oyun təcrübəsi qazanır."


Qeyd edək ki, millimiz B qrupunda Kosovo və San Marino ilə mübarizə aparacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək.

U-19 əsas mərhələyə yüksəlsə, 7-ci qrupda Xorvatiya, Bosniya və Herseqovina və Türkiyə ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları 25-30 martda keçiriləcək.
Seçilən
65
2
football-plus.az

7Mənbələr