AZ

Xəzərin "Mirvari"si ilk gəzintisinə çıxdı: Qiymətlər artırılıb?

"İki illik fasilədən sonra bu gün fəaliyyətini bərpa edən "Mirvari" gəmisində səyahət müddəti 30-40 dəqiqə təşkil edir". Bunu Oxu.Az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.

 

"Bildiyiniz kimi gəmi üçmərtəbəlidir. Qiymət isə dəyişməyib. İstismar xərclərinin artmasına baxmayaraq, 2015-ci ildən müəyyən olunan qiymətlər artırılmayıb. 6 yaşına kimi uşaqlar üçün ödənişsizdir. Qiymətlər gəmidə yerə və mərtəbəyə görə müəyyən olunur və 5-10 manat aralığında dəyişir.

 

Gəmi artıq Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək. Burada suyun dərinliyi gəminin rahat və təhlükəsiz hərəkətinə imkan verir", - deyə Ə.Mehdiyeva bildirib.

 

Tarix: 1 Noyabr 2024, 11:14   
Seçilən
42
2
pravda.az

3Mənbələr