Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatı olan İndoneziya “Google”un yerli məzmun tələblərinə cavab vermədiyini əsas gətirərək “Pixel” telefonlarının satışını qadağan edib.
“Cebheinfo.az” xəbər verir ki, İndoneziya, “Google”un yerli məzmun tələblərinə cavab vermədiyini bildirərək “iPhone 16”-dan sonra “Pixel” telefonlarının satışını qadağan etdiyini açıqlayıb.
Sənaye Nazirliyinin sözçüsü Febri Hendri Antoni Arief mətbuat brifinqində bildirib ki, bu il ölkəyə şəxsi yüklər və ya kabinə baqajı vasitəsilə təxminən 22 min ədəd cihaz daxil olmasına baxmayaraq, “Google Pixel” telefonlarının ticarəti İndoneziyada qanunsuzdur.
Kaliforniyada yerləşən Cupertino mərkəzli “Google” şirkəti qadağanı müzakirə etmək üçün sənaye naziri Agus Gumivang Kartasasmita ilə görüş tələb edən məktub göndərib, lakin tarix hələ təyin edilməyib.
Qeyd edək ki, İndoneziya, “Apple”ın ölkəyə verdiyi investisiya vədlərini yerinə yetirmədiyi üçün oktyabrın 29-da ölkədə “iPhone 16” seriyasının satışını və istifadəsini qadağan etdiyini açıqlayıb.
Sənaye Nazirliyi oktyabrın əvvəlində bildirmişdi ki, “Apple” İndoneziyaya cəmi 1,5 trilyon rupi (95 milyon dollar) sərmayə qoyub ki, bu da 1,7 trilyon rupilik öhdəliyindən aşağıdır.
Sənaye naziri Agus Qumivang Kartasasmita İndoneziyada istifadə edilən bütün “iPhone 16”-ları "qanunsuz" adlandırıb və vətəndaşları bu cür cihazlar barədə məlumat verməyə çağırıb.