AZ

“Azərbaycanı hədəf alaraq qəbul edilən qərarlar obyektivlikdən uzaqdır” - ŞƏRH OLUNDU

“Avropa Parlamentinin anti-Azərbaycan mövqeyi və növbəti qərəzli bəyanatları artıq intensiv xarakter almağa başlayıb. Ənənəvi yanaşmalarına sadiq qalaraq “insan hüquqları” məsələsi gündəmin əsas mövzusuna çevirməyə davam edirlər. Amma hər dəfə yaranan ritorik sual yenə də cavabsız qalır. Avropa və ya ümumiyyətlə birləşmiş Qərb insan hüquqlarına hörməti niyə öz yanaşmalarında və ya siyasi profilində axtarmır? Ümumiyyətlə, insan hüquq və azadlıqlarından danışan Avropa Parlamentinin bəzi üzvləri bu universal dəyərləri müdafiə etdiklərini iddia edərkən Avropanın tam mərkəzində baş verənləri görmürlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.O bildirib ki, hətta qərəzli anti-Azərbaycan bəyanatlarının qəbul edildiyi şəhərdə, Avropanın siyasi paytaxtı hesab olunan Brüsseldə irqçilik əleyhinə keçirilən dinc aksiyalar zamanı tətbiq olunan ifrat polis zorakılığını görmədən hansı insan hüquqlarından danışa bilirlər: “Eləcə də, İspaniyada xüsusilə son illərdə yəhudilərin mütəmadi olaraq neonasistlərin hücumlarına məruz qalması halları polis tərəfindən qeydə alınmış rəsmi faktlardır. XXI əsrin reallıqları şəraitində hələ də müstəmləkəçilik siyasətini davam etdirən Fransanın Yeni Kaledoniyada etdiyi zorakılıq aktları gözardı edilə bilməz. Ümumiyyətlə, əli günahsız insanların qanına bulaşaraq soyqırım cinayətlərini həyata keçirmiş Fransa kimi dövlətlər, eləcə də onların maraqlarının təmin olunmasında alətə çevrilmiş institusional qurumlar Avropanın mərkəzində sözdə insan hüquqlarından danışmaq üçün mənəvi haqqını çoxdan itiriblər. Ona görə də, İnsan Hüquqları Komitəsinin 142-ci iclası zamanı Komitənin üzvü, serbiyalı professor Tijana Şurlanın fransız nümayəndə heyətinə ünvanladığı sual kifayət qədər önəmlidir. Xanım Şurla öz sualında vurğulayır ki, “Cəzaçəkmə müəssisələrinin həm Fransada, həm də dənizaşırı ərazilərdə həddindən artıq dolu olması və qeyri-insani saxlanma şəraiti ilə bağlı narahatlıqlar hələ də var. 2021-ci ildə saxlanma şəraitinin qeyri-insani olduğu vurğulanmışdı. Buna görə də dövlətin məhbuslarla bağlı məlumatları necə çatdırdığını öyrənmək istərdik”.Bütün bu faktlar bir daha təsbit edir ki, Avropa Parlamentində və ya Avropanın mərkəzindəki bəzi siyasi-institusional dairələrdə Azərbaycanı hədəf alaraq qəbul edilən qərarlar obyektivlikdən uzaq, qərəz və əsassız iddiaların təzahürüdür”.

Müəllif: Səbinə Hüseynli

Seçilən
36
1
sesqazeti.az

2Mənbələr