AZ

Türkiyə mətbuatı: 1 noyabr 2024

 

“Hürriyet”: R.T.Ərdoğan: “Bütün ölkələr İsrailə təzyiq göstərməlidir”

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya gələn Seneqal prezidenti Bassirou Diomaye Faye ilə keçirdiyi birgə mətbuat konfransında Seneqalın Fələstin məsələsinə dair mövqeyinin qiymətli olduğunu bildirdi. O, "Fələstin və Livan xalqının yanında olmağı humanitar vəzifəmiz hesab edirik. Bütün dünya İsrailə təzyiq göstərməlidir" dedi.

“Haber Türk”: Xarici İşlər Nazirliyi Avropa Komissiyasının Türkiyə hesabatına etiraz etdi

  Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Komissiyasının yayınladığı 2024-cü il hesabatına etiraz etdi. Xüsusilə Kipr mövzusundakı qiymətləndirmələri tənqid edərək daxili siyasi aktlarla bağlı irəli sürülən tənqidlərin haqsız olduğunu vurğuladı.

“Sabah”: Son bir həftədə 198 terrorçu zərərsizləşdirildi

  Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) son bir həftə ərzində İraq və Suriyanın şimalı daxil olmaqla keçirilən əməliyyatlarda 198 terrorçunun zərərsizləşdirildiyini bildirdi.

“Yeni Şafak”: Türkiyəni seçdilər. İlk dəfə ixrac ediləcək

  Mavi Vətənin keşikçisi, Türkiyənin ilk pilotsuz dəniz döyüş vasitəsi olan ULAQ-SİDA üçün ilk ixracat müqaviləsi imzalandı. Müqavilə Qatar Daxili İşlər Nazirliyi ilə Milipol Qatar Sərgisi zamanı imzalanıb və Türkiyənin ilk pilotsuz dəniz vasitəsi ixracı layihəsi olma xüsusiyyətini daşıyır.

“Star”: BRICS-in Türkiyə paylaşımı həyəcanlandırdı

  BRICS rəsmi sosyal media hesabından Türkiyənin böyük maraq görən müdafiə sənayesi məhsullarını əhatə edən bir video yayımladı. Videoda Türkiyə bayrağı işarəsindən də istifadə olunaraq "Türk hava müdafiə sistemləri" ifadələrinə yer verilib.



Seçilən
45
trt.net.tr

1Mənbələr