AZ

Gənclər baboşlara meyillənir: məktəblərin önündəki fotolar...

Sərbəst güləşimiz niyə tənəzzülə getdi? Orta məktəblərə, universitetlərə baş çəkdik. Heç birinin girişində qızıl medal qazananların fotoları yoxdur. Şəhidlərimizin fotolarını qoyurlar. Girişdə şəhidlərinin şəkillərinin olması sevindiricidir. Amma yaşayan qəhrəmanlarımızın şəkilləri yoxdur. Ona görə də gənclər "baboş"lara meyil edirlər.

Axar.az xəbər verir ki, bunu deputat, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

O vurğulayıb ki, Azərbaycanın bayrağının qaldıran hər bir şəxsin adı məktəbin, universitetin girişində olmalıdır:

“Amma biz yaşayan qəhrəmanlarımızı nümunə göstərmirik. Biz buna diqqət etməliyik”.

Seçilən
46
2
axar.az

3Mənbələr