AZ

BMT TŞ-yə rəhbərlik Britaniyaya keçdi

BMT Təhlükəsizlik Şurasına sədrlik bir aylıq Böyük Britaniyaya keçib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, bu gün Nyu York vaxtı ilə saat 13:00-da (Bakı vaxtı ilə 21:00) BMT-nin mənzil-qərargahında Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord tərəfindən mətbuat konfransı keçiriləcək və təşkilatın əsas strukturunun görüşlərinin proqramı jurnalistlərə açıqlanacaq.

TŞ-nin Britaniyanın rəhbərliyi altında ilk iclasının noyabrın 4-də keçiriləcəyi bildirilib.

Qeyd edək ki, ötən ay BMT TŞ-yə İsveçrə rəhbərlik edirdi.

Seçilən
21
1
axar.az

2Mənbələr