AZ

Belə cəhdlər Azərbaycanın iradəsinə təsir etmək imkanında deyil- ÖZƏL

"COP29 ərəfəsində ABŞ-ın bir qrup konqresmeninin Dövlət katibinə müraciəti, eyni zamanda, Avropa Parlamentinin qəbul etdiyi "Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər" adlı qətnamə ölkəmizə qarşı qərəzli kampaniyanın tərkib hissəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Belə cəhdlər Azərbaycanın iradəsinə təsir etmək imkanında deyil. Günümüzün reallığı budur ki, Azərbaycan mötəbər beynəlxalq tədbiri - COP29-u yüksək səviyyədə keçirməyə, qonaqları qarşılamağa tam hazırdır. Hazırda nəinki paytaxt Bakı, bütün bölgələrimiz, işğaldan azad edilmiş ərazilərimiz bu konfransa hazırlığı ilə dünyanın diqqətindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
55
olaylar.az

1Mənbələr