AZ

Quranı yandıran və dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin vaxtı AÇIQLANDI

Rusiyada Quranı yandıran və dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin vaxtı açıqlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Bildirilir ki, Volqoqradda Quranı yandırmaqda təqsirli bilinən Nikita Juravelin dövlətə xəyanət işi üzrə ilk məhkəmə iclası noyabrın 14-də keçiriləcək. Məhkəmə qapalı olacaq.

Müstəntiqlərin fikrincə, 2023-cü ilin martında Juravel Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) hərbi texnika daşıyan qatarın videosunu verib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
57
interpress.az

1Mənbələr