Əməkdar artist Yusif Mustafayev "TikTok" sosial şəbəkəsinə üsyan edənlər sırasına qoşulub.
Sfera.az xəbər verir ki, bu barədə sənətçi "Elgizlə izlə" verilişində danışıb.
O, haqqında yazılan rəylərə çox əsəbiləşdiyini bildirib:
"Allah eləsin ki, bu "TikTok" bağlansın, nə yaxşı olar. Məndə bir pis xüsusiyyət var ki, haqqımda yazılan rəylərə baxıram. Oxuyuram və çox əsəbiləşirəm. Bu mənim mənfi xüsusiyyətimdir".