AZ

Fransa öz vətəndaşlarını süni intellektlə izləməyə hazırlaşır

Fransa öz vətəndaşlarının internet hərəkətlərini süni intellektlə izləməyəcək.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fransa vətəndaşlarının internet hərəkətlərini izləməyə hazırlaşır. Fransa Dövlət İnformasiya Xidməti bu məqsədlə süni intellekt üzrə tender keçirib.
 
Fransa Dövlət İnformasiya Xidməti fransızların internetdəki fəaliyyətlərinin monitorinqini sürətləndirmək üçün yeni investisiya qərarı verib. 

Bildirilir ki, bu təşəbbüsün məqsədi vətəndaşların ictimai fəaliyyəti necə qəbul etdiyini müşahidə etməkdir.

Lakin fransızların fikrincə, bu yaxınlarda özünün ilk süni intellekt və rəqəmsallaşma naziri təyin edən Paris administrasiyasının məqsədi başqadır.

Fransa mətbuatının yazdığına görə, ilk olaraq X, \"Instagram\" və \"Facebook\" kimi platformalarda istifadəçilərin hərəkətləri izləniləcək.

Prezident, baş nazir və qurumlarla bağlı ictimai müzakirələrin də izlənilməsi planlaşdırılır.

Bundan əlavə, fransızların \"Google\" və \"Youtube\" kimi platformalarda onlayn axtarışlarının da araşdırılacağı məlum olub.
 
Gülay
Seçilən
14
2
azxeber.com

3Mənbələr