AZ

Ömür uzadan yapon çayı: 1 stəkan bütün xəstəlikləri sağaldır

Matça çayı faydaları ilə seçilən çay növüdür. Yaponiyada yetişdirilən və bütün dünyaya yayılan matça çayının hərfi mənası xırdalanmış çay deməkdir.

News24.az xəbər verir ki, Yaponiyada tez-tez istifadə edilən bu yaşıl çay, bu gün bir çox fərqli ölkədə istehlak edilən çay halına gəlib. Matça çayı faydaları ilə seçilir və adi yaşıl çaydan fərqlidir. Polifenol adlanan birləşmələr orqanizmi xəstəliklərdən qoruyur, sağlam bağırsaq bakteriyalarını dəstəkləyir. Matça çayı da bu polifenollarla zəngindir.

Matçadakı kofein və L-theanine beyin funksiyasını, ayıqlığı yaxşılaşdırır və neyrodegenerativ vəziyyətlərin qarşısını almağa kömək edə bilər. Matça çayı həm də stressi aradan qaldıran xüsusiyyətlərə malikdir. Bədəni rahatladır. Bu, özünüzü daha sakit hiss etməyə kömək edə bilər.

Eyni zamanda, matça ürək xəstəliyi riskini azalda və xolesterolu idarə edə bilər. 

Onu da qeyd edək ki, matça, xüsusilə müntəzəm məşqlə, metabolizm sürətini və yağ yandırmasını artıra bilər.

Bəs matça çayını necə hazırlamaq olar?

Matça çayını hazırlamaq üçün bir qaba 1-2 çay qaşığı matça tozunu süzün, üzərinə qaynar su əlavə edin və köpüklənənə qədər çalın.

DİQQƏT!

Bildirək ki, matça ümumiyyətlə təhlükəsiz olsa da, tərkibində kofein çoxdur. Kofeinə həssas olanlar, o cümlədən hamilə qadınlar bu çayı içməzdən əvvəl mütəxəssislə məsləhətləşməlidirlər.

Bu məqalə yalnız ümumi məlumat məqsədləri üçün yazılmışdır və tibbi məsləhət kimi qəbul edilməməlidir.

Günel Məlikzadə

Seçilən
87
12
news24.az

10Mənbələr