Slovakiya millisinin və Fransanın PSJ komandasının futbolçusu Milan Şkrinyarın karyerasını yenidən İtaliyada davam etdirmək ehtimalı var.
Msport.az xəbər verir ki, bu barədə “Calciomercato” nəşri bildirib.
“Yuventus” slovakiyalı futbolçu ilə ciddi maraqlanır. Turin təmsilçisi braziliyalı zədəli oyunçusu Bremerin yerinə məhz Şkrinyarın namizədliyini nəzərdən keçirir. Milan özü Parisdə az oynadığı üçün komandasını dəyişməyə, “Qoca sinyora”ya keçməyə hazırdır.
Slovakiyalı oyunçu bu mövsüm cəmi 3 matçda iştirak edib. O, bu ölkədə “İnter”in uğurları üçün də çalışıb.
Onun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. Futbolçunun bazar dəyəri 20 milyon avrodur.