Olaylar bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
"İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən FETÖ-nün hüquq-mühafizə və hərbi strukturlarında yer alan 12 şübhəli üçün həbs qərarı verilib", - məlumatda bildirilir.
Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının 15 ayrı ünvanda təşkil etdiyi əməliyyatlar zamanı 11 şübhəli saxlanılıb, 1 şübhəlinin tutulması üzrə işlər aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31