İlin ən yaxşı bombardirləri açıqlanıb.
Msport.az xəbər verir ki, İFFHS 2024-cü ilin beynəlxalq oyunlarında ən çox qol vuranların siyahısını tərtib edib.
Cədvəldə milli komanda və qitə kuboklarında 8 və daha çox top vuranlar yer alıb. Buna ilin 10 ayı ərzində 37 futbolçu nail olub.
Siyahıya Mərakeş millisinin oyunçuları başçılıq edir. “Olimpiakos”un hücumçusu Ayib Al-Kaabi 18, “Əl-Əyn”in forvardı Sofian Rahimi 17 dəfə fərqlənib. İlk “üçlüy”ü “Bavariya”nın ingilis ulduzu Harri Keyn qapayır – 15 qol.
Qeyd edək ki, Kriştiano Ronaldo 9 qolla 14-16-cı, Lionel Messi 8 topla 30-31-ci yerlərə şərikdir.