AZ

SKSP-yə əlavə olaraq 546 milyon manat investisiya yatırılacaq

Bu günədək Sumqayıt Kimya Sənaye Parkına (SKSP) rezidentlər tərəfindən 5,5 milyard manat sərmayə yatırılıb, 6,6 mindən çox daimi iş yeri yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, Sənaye Parkına mövcud layihələr üzrə əlavə olaraq 546 milyon manat investisiyanın yatırılması, 2,5 mindən artıq iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye Parkında ümumi investisiyaların həcmi 6 milyard manatdan artıq olan 41 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda rezidentlərdən 24-ü fəaliyyət göstərir və bu il daha 2 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

Seçilən
39
vergiler.az

1Mənbələr