AZ

İspaniyada son VƏZİYYƏT – 1973-dən bəri qeydə alınan ən dəhşətli daşqın 158 can aldı

İspaniyada 1973-cü ildən bəri qeydə alınmış ən dağıdıcı daşqınlarda azı 158 nəfər ölüb.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda qurbanlarının axtarışları davam edir.

Xilasetmə səylərinə 1200-dən çox hərbçi, polis və yanğınsöndürən cəlb olunub.

Ötən gün boyu Valensiya bölgəsində 92 nəfərin öldüyü təsdiqlənib. Daha iki qurban Kastiliya-La-Mançada, biri isə Əndəlüsdə qeydə alınıb.

Bildirilib ki, qurbanların sayı arta bilər, çünki bir çox insan itkin düşüb.

Oktyabrın 31-də səhər saatlarında baş nazir Pedro Sançes Valensiyaya gedib və ölkədə üç günlük matəm elan edilib.

Səfər İspaniyanın meteoroloji agentliyinin bölgənin şimalında gözlənilən daha güclü yağış xəbərdarlığı ilə üst-üstə düşüb. Valensiyadan təqribən 100 km şimalda yerləşən Castellon əyaləti qırmızı həyəcan vəziyyətinə gətirilib.

Daşqın minlərlə insanı işıqsız qoyub, bir çox yollar bağlanıb, zədələnmiş avtomobillər palçıq və dağıntılar altında qalıb. Valensiyanın kənarında yerləşən Paiporta şəhəri ən çox ziyan görən yerlərdən biri olub. Burada 40-a yaxın adamı, o cümlədən ana və onun üç aylıq uşağını sel aparıb. Valensiya prezidenti Karlos Mazon bölgəyə təcili yardım üçün 250 milyon avro ayırıb və xilasetmə xidmətlərinin gün ərzində təxminən 200 quru əməliyyatı və 70 helikopter xilasetmə missiyası həyata keçirdiyini bildirib.

Nəqliyyat Nazirliyi çərşənbə günü dayandırılan Madrid və Valensiya arasında sürətli qatarların iki-üç həftə ərzində bərpa olunmayacağını deyib.

Çərşənbə axşamından çərşənbəyə keçən gecə Valensiya bölgəsinin bir sıra yaşayış məntəqələrinə 300 mm-dən çox, Çiva şəhərində isə 491 mm-ə qədər yağıntı düşüb ki, bu da illik yağıntı norması ilə müqayisə oluna bilər. İspaniya mətbuatı artıq bunu “əsrin daşqını” adlandırır və səlahiyyətliləri gec xəbərdarlığa görə tənqid edir.

Seçilən
51
35
konkret.az

10Mənbələr