AZ

İspaniyada güclü yağış XƏBƏRDARLIĞI

İspaniyanın 8 muxtar bölgəsində güclü yağış xəbərdarlığı verilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İspaniyada oktyabrın 29-da ölkənin şərq və cənub bölgələrində, xüsusilə də Valensiyada baş verən daşqın fəlakətindən sonra güclü yağış səbəbindən pis hava şəraiti davam edir.

AEMET ölkənin cənubunda Əndəlüs bölgəsindəki Malaqa və şərqdə Kataloniya bölgəsindəki Tarraqona şəhərlərinə xüsusi xəbərdarlıq edərkən, bu yerlərdə qırmızı həyəcan siqnalının verildiyi qeyd edildi.

Şimalda Qalisiya, Kantabriya, Kastiliya və Leon və ortada yerləşən Kastiliya-La-Mançada da güclü yağış və fırtına xəbərdarlığı edilib, narıncı həyəcan siqnalı verilib.

Bundan əlavə, selin baş verdiyi fəlakət bölgəsi Valensiyada noyabrın 11-də yenidən təhsilə başlayan məktəblər açıldıqdan iki gün sonra bugünkü pis hava şəraiti səbəbindən bir gün müddətinə bağlanıb.

Qeyd edək ki, oktyabrın 29-da İspaniyada baş verən daşqın nəticəsində ölənlərin ümumi sayı 222 (Valensiyada 214, Kastiliya-La-Mançada 7 və Əndəlüsdə 1) olub, 32 nəfər itkin düşənlər siyahısındadır.
 
Gülay


Seçilən
10
35
azxeber.com

10Mənbələr