Deputat: "Onlara hərbi xidmət müddətində güzəşt olmalıdır"
“Universiteti bitirib, ancaq kəsr və sair səbəblərdn dolayı diplom ala bilməyənlər 1 il 6 ay xidmət edir”.
Reyting.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirb ki, belə məzunlara hərbi xidmət müddətində güzəşt olmalıdır: "Onlar 4 il universitet oxuyur. Buna görə onlara güzəşt edilməlidir. Heç olmasa xidmət müddəti 6 ay yox, 1-2 ay uzadılsın”.