AZ

İspaniya və Somali səfirləri etimadnamələrini prezident İlham Əliyevə təqdim ediblər

Noyabrın 1-də  prezident İlham Əliyev İspaniya Krallığının Azərbaycanda yeni təyin olunmuş səfiri Kristina Latore Sançonun etimadnaməsini qəbul edib.

Söhbət zamanı Əliyev Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı başsağlığı verib və bununla əlaqədar İspaniya hökumətinin sədri Pedro Sançezə məktub göndərdiyini qeyd edib.

Səfir başsağlığına görə minnətdarlığını bildirib. O, COP29-un Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edib və  COP-29 kimi mühüm tədbirin  təşkilinə görə Azərbaycan prezidentinə təşəkürünü bildirib.

Dövlət başçısı İspaniya hökumət sədrinin COP29-da iştirakından məmnunluğunu bildirərək qeyd edib ki, bu, İspaniya tərəfindən hökumət sədri səviyyəsində ölkəmizə ilk səfər olacaq.

Görüşdə Azərbaycanla İspaniya arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi, bu xüsusda aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupunun yaradılması məsələsi qeyd olunub. Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, turizm, energetika və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu vurğulanıb. Orta Dəhlizin İspaniya şirkətlərinin region ölkələri ilə əlaqələrinin inkişafı üçün əlverişli perspektivlər açdığı qeyd edilib.

Bu gün İlham Əliyev Somalinin ölkəmizdə yeni təyin olunmuş səfiri Fathudin Əli Məhəmmədin etimadnaməsini qəbul edib.

Söhbət zamanı səfir bildirib ki, Somali prezidentinin COP-29-da iştirakı ikitərəfli münasibətlərə təkan verəcək.

Söhbət zamanı müxtəlif səviyyələrdə əlaqələrin əhəmiyyətinə toxunulub, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Seçilən
32
turan.az

1Mənbələr