Almaniya Daxili İşlər Nazirliyinin Almaniya üçün Alternativ (AfD) partiyasının parlament qrupuna verdiyi açıqlamaya görə, 2024-cü ilin 9 ayında İsraildən Almaniya vətəndaşlığı üçün 18 min 448 müraciət daxil olub.

İndex.az xəbər verir ki, açıqlamada, 2023-cü ildə İsraildən 9 min 178, 2022-ci ildə isə ümumilikdə 5 min 705 nəfərin Almaniya vətəndaşlığı üçün müraciət etdiyi bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, İsraildən kənarda yaşayan və vətəndaşlıq üçün müraciət edən israillilər bu statistikaya daxil deyil.

Qeyd edək ki, 2021-ci ildən nasist rejimi tərəfindən zülmə məruz qalanlar və onların nəsilləri başqa heç bir şərt olmadan Almaniya vətəndaşı ola bilərlər.